Advertisement

Dünya çempionatında iştirak edəcək cüdoçularımızın adları bəlli oldu

Bakı. Trend:

Dünya çempionatında iştirak edəcək cüdo üzrə Azərbaycan
millisinin heyəti bəlli olub.

Trend İdman.biz
istinadən xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının
mətbuat xidməti açıqlayıb.

BƏƏ-nin paytaxtı Abu-Dabidə Azərbaycanı 11 cüdoçu təmsil edəcək.
Yığmamız yarışa 9 kişi və 2 qadın idmançı ilə yollanacaq.

Asiya ölkəsində tatamı üzərinə Balabəy Ağayev, Turan Bayramov
(hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66
kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq), Elcan
Hacıyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq),
həmçinin Leyla Əliyeva (48 kq) və Açelya Toprak (57 kq) çıxacaqlar.
Yarışda iştirak etməli olan Gültac Məmmədəliyeva və Aydan Vəliyeva
(hər ikisi 52 kq) zədə səbəbindən səfərə yollanmayacaqlar.

Komandamız yarışda böyüklərdən ibarət yığmanın baş məşqçisi
Riçard Trautman və qadınlardan ibarət millinin çalışdırıcısı Rəşad
Məmmədovun rəhbərliyi altında çıxış edəcək.

Qeyd edək ki, fərdi yarışlar mayın 19-23-də Abu-Dabidəki
“Mubadala Arena”da keçiriləcək.