Advertisement

Bugünkü valyuta hərracında 107,1 milyon dollar satılıb

Bakı. Trend:

Bu gün Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Hərracda tələb 107,1 mln. ABŞ dolları təşkil edib və tam təmin
olunub.


Trend
AMB-yə istinadən xəbər verir ki, hərracın ortaçəkili
məzənnəsi 1,7000 manat təşkil edib.

Tələbin nisbətən yüksək olması ötən həftənin cümə axşamının
qeyri-iş gününə təsadüf etməsi ilə bağlı olaraq hərracın qrafik
üzrə keçirilməməsi səbəbindən yığılan tələblə əlaqədardır.