Bakı. Trend:
Azərbaycan çempionatında maraqlı hadisə baş verib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, əvəzedicilər liqasında qapıçı qol
vurub.
Bu, XXXIV turun “Qəbələ-2” – “Sabah-2” matçında baş verib.
Qonaqların qolkiperi Emil Həbibov öz qapısından birbaşa zərbə ilə
rəqibi məyus edib.
Hesab 1:1 olarkən fərqlənən qapıçı komandasını 81-ci dəqiqədə
irəli çıxarıb. Amma Qəbələ təmsilçisi dörd dəqiqə sonra hesaba
tarazlıq gətirib – 2:2.
Qeyd edək ki, mövsümün sonuna 2 tur qalmış “Sabah-2” bürünc
medalı təmin edib. İkinci olan “Qəbələ-2” isə çempionluq üçün
mübarizə aparır.





























