Advertisement

Bank VTB (Azərbaycan) 9 May – Qələbə Günü münasibəti ilə veteranları təbrik edib (FOTO)

Bakı. Trend:

VTB (Azərbaycan) Böyük Vətən Müharibəsi veteranlarını və
Leninqrad mühasirəsinin iştirakçılarını Qələbənin 79-cu ildönümü
münasibətilə təbrik ediblər. Bankın əməkdaşları müharibə və əmək
qəhrəmanlarını şəxsən ziyarət edib, onlara göstərdikləri şücaətlərə
görə minnətdarlıqlarını bildirib, gül və hədiyyələr təqdim
ediblər.

«VTB (Azərbaycan) üçün ölkəmizdə yaşayan Böyük Vətən Müharibəsi
və əmək veteranlarını ziyarət etmək ənənəyə çevrilib. Bu insanlar
çətin sınaqlardan keçmiş və dünyanı gələcək nəsillər üçün qoruyub
saxlayan qəhrəmanlarımızdır», – deyə, VTB (Azərbaycan)-ın İdarə
Heyətinin üzvü, Pərakəndə Biznesin İnkişafı Departamentinin
direktoru Yevgeni Borodin bildirib.

VTB (Azərbaycan) Bankın məhsul və xidmətləri barədə məlumatları
filial şəbəkəsindən, https://vtb.az rəsmi internet
səhifəsindən, 986 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial
şəbəkə səhifələrindən əldə etmək mümkündür.