Bakı. Trend:
İngiltərə Premyer Liqası 34-cü turdan təxirə salınmış oyun
keçirilib.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, “Mançester Siti” “Tottenhem”in qonağı olub.
“Şəhərlilər” çempionluq mübarizəsində üstünlüyü ələ keçirmək
üçün mütləq qalib gəlməli idilər. Xosep Qvardiolanın yetirmələri
Holandın qolları ilə 2:0 hesablı qələbə qazanıblar. Bu nəticədən
sonra Mançester təmsilçisi xalını 88-ə yüksəldib. 2-ci “Arsenal”ın
86 xalı var.
Qeyd edək ki, sonuncu turda “Mançester Siti” öz meydanında “Vest
Hem”lə, “Arsenal” isə “Everton”la qarşılaşacaq.





























