Advertisement

Minifutbol üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıb

Bakı. Trend:

Minifutbol üzrə Azərbaycan çempionatında 2023/24 mövsümünün
qalibləri mükafatlandırılıb.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, əvvəlcə xüsusi nominasiyalar üzrə fərqlənənlərə
mükafatlar təqdim olunub.

Çempionatın ən yaxşı qapıçısı Vəli Qafanov (“Birbaşa Bakı”)
seçilib. Mükafatı “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov təqdim
edib.

Çempionatın ən sərrast futbolçusu mükafatına “Zirə”nin
futbolçusu Rəvan Kərimov layiq görülüb. Mükafatı AFFA-nın icraçı
vitse-prezidenti Sərxan Hacıyev verib.

Turnirin ən yaxşı futbolçusu nominasiyasında isə çempion
komandanın futbolçusu Təmkin Xəlilzadə fərqlənib. Qalibə mükafatı
Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov
təqdim edib.

Daha sonra medalların sahibləri mükafatladırlıblar. Bürünc
medalın sahibi “Real Bakı”ya mükafatları veteran futbolçular Vaqif
Cavadov, İlqar Qurbanov və Gənclər və İdman Nazirliyinin İdman
şöbəsinin müdiri Elnur Məmmədov təqdim ediblər.

Gümüş mükafatçı “Aznur”a medalları AFFA-nın icraçı
vitse-prezidenti Sərxan Hacıyev və “Zirə”nin baş məşqçisi Rəşad
Sadıqov verib.

Qızıl medalın sahibi “Birbaşa Bakı”nı isə AMF-nın prezidenti
Orxan Məmmədov və qurumun vitse-prezidenti Taleh Nəsibov təltif
edib.

Qeyd edək ki, qalib komandalar yeni mövsümdə müxtəlif
turnirlərdə ölkəmizi təmsil edəcək.