
Bakı. Trend:
Sahibkarların ehtiyaclarına uyğun həllər təqdim edən Yelo
Bank-dan daha bir innovativ xidmət: Mobil POS. Bu yenilik sayəsində
fiziki və hüquqi şəxslər ənənəvi POS terminal olmadan bank
kartları, smartfon və ya ağıllı saatlardan ödəniş qəbul edə
biləcəklər.
Mobil POS xidməti nədir? Mobil POS ənənəvi POS terminallara
müasir alternativdir. O, NFC dəstəkli android smartfon və ya
planşeti tam funksional POS terminala çevirir, bizneslərə
ödənişləri rahat və səmərəli şəkildə qəbul etməyə imkan verir.
Mobil POS ənənəvi analoqlarından bir çox üstünlükləri ilə
fərqlənir. İlk növbədə portativ və rahat olmaqla, istənilən vaxt,
istənilən yerdə əməliyyatlar aparmağa fürsət yaradır. Müştərilərə
bank kartından tutmuş, ağıllı saata kimi istənilən təmassız vasitə
ilə ödəniş imkanı verir, bu da artan müştəri məmnuniyyəti deməkdir.
Sahibkarların isə daha bahalı POS terminala ehtiyacı qalmır. Bunun
üçün sadəcə Google Play-dən “Yelo Mobile Pos” və “tapXphone” mobil
tətbiqlərini Android cihaza yükləmək lazımdır. Sadə interfeys və
sürətləndirilmiş quraşdırma sayəsində satış prosesi daha da
rahatlaşır.
Yelo Bank-ın Mobil POS xidməti əsasən kiçik və orta biznes
sahibləri, taksi və çatdırılma xidmətləri üçün daha əlverişlidir.
Xidmətə qoşulmaq isə tamamilə pulsuzdur. Yelo Bank bu yenilik
münasibətilə əlavə kampaniya da elan edir. Belə ki, 31.07.2024
tarixinədək Mobil POS xidmətinə qoşulacaq sahibkarlar növbəti 3 ay
ərzində əməliyyatlar üçün heç bir komissiya ödəməyəcəklər. Bununla
yanaşı, biznes kart Bank tərəfindən hədiyyə edilir. Eyni zamanda,
Mobil POS xidmətinə bağlı olan hesabdan nağdlaşdırmaya görə heç bir
komissiya tutulmayacaq. Qeyd edək ki, xidmətə qoşulan sahibkarlar
üçün cari hesabın açılması pulsuzdur.
Nağdsız ödənişlərə tələbin hər keçən gün artdığı bu dövrdə Yelo
Bank-ın Mobil POS xidməti sahibkarlara satışlarını artırmağa
yardımçı olacaq.
Xidmətə qoşulmaq üçün istənilən Yelo Bank filialına yaxınlaşa və
ya 981 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Daha ətraflı: http://bit.ly/moblpos
Bankdan POS
terminal almaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook,
Instagram ,
Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!



























