
Bakı. Trend:
10 ildən artıq fəaliyyəti ərzində ölkədə kapital bazarının
inkişafına mühüm töhfə verən “PAŞA Kapital” öz lider mövqeyini
qorumaqdadır. Belə ki, şirkət həm dövriyyə həcmi, həm də qiymətli
kağızlar bazarının sabit gəlirli maliyyə alətlərinin əksər
seqmentləri üzrə ilk pillədə qərarlaşıb.
Bakı Fond Birjası tərəfindən 2024-cü ilin aprel ayı üzrə
açıqlanan hesabata əsasən “PAŞA Kapital” 9 milyard 234 milyon
manatdan artıq dövriyyə həcmi ilə Azərbaycan bazarının ən iri
investisiya şirkəti olaraq mövqeyini daha da gücləndirib. Həmçinin
hesabat dövrü ərzində şirkət Mərkəzi Bankın notları, Dövlət
istiqrazları, Repo bazarları üzrə aparılan əməliyyatların həcminə
görə yerli bazarın lideri kimi fərqləndirilib.
Kapital bazarları üzrə fəaliyyətini uğurla davam etdirən “PAŞA
Kapital İnvestisiya Şirkəti” QSC-nin ötən ilin müvafiq dövrü ilə
müqayisədə repo əməliyyatları üzrə ticarət həcmində 207%, Mərkəzi
Bankın notları üzrə 104% və Maliyyə Nazirliyinin istiqrazları üzrə
isə 87% artım qeydə alınıb. Həmçinin, korporativ istiqrazların
ilkin yerləşdirilməsi üzrə 284 milyon manat dəyərində ticarət
əməliyyatı həyata keçirilib. Onu da qeyd edək ki, şirkətin ümumi
dövriyyə həcmi keçən ilin aprel ayı ilə müqayisədə 153% çoxdur.
Şirkət yerli və beynəlxalq investorlar daxil olmaqla, fərdi və
korporativ müştərilərə investisiya xidmətləri, eləcə də brokerlik,
portfelin idarə edilməsi, anderraytinq, maliyyə məsləhətləri və
tədqiqat, həmçinin marja ticarəti sahəsində öz xidmətlərini təklif
edir. Belə ki, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, gələcək
illər üçün də investisiya xidmətlərinin daha geniş investor kütləsi
üçün əlçatan olmasını əsas prioritet istiqamət olaraq
müəyyənləşdirmişdir.
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin fəaliyyəti, həmçinin
xidmət və məhsulları haqqında daha ətraflı məlumatla https://www.pashacapital.az/
rəsmi internet səhifəsindən tanış ola bilərsiniz.



























