
Bakı. Trend:
Kapital Bank müştəriləri ödəniş kartlarından daha çox istifadə
edir.
Trend xəbər verir ki, bunu Bakıda keçirilən Fintech Summit
çərçivəsində “Rəqəmsal Azərbaycan: Ödəniş sənayesinin gələcəyi”
panelində Kapital Bankın Birbank sahəsinin rəöhbəri Zakir
Xan-Məmmədov deyib.
“Son illərin müşahidələri göstərir ki, adambaşına düşən
tranzaksiyaların sayı kəskin artıb. Daha öncə kart böyük
alışverişdə yada düşürdüsə, indi insanlar daha çox kartlardan
istifadə etməyə başlayıblar. 2022-ci ildə bir müştərinin payına 2-3
transfer düşürdüsə, hazırda bu say 12-13 transferə bərabərdir.
Artıq insanlar kiçik pul axınını da banka həvalə edirlər”, – deyə o
bildirib.
Onun sözlırinə görə, token əməliyyatları müştərilər üçün xoş
innovasiya oldu.
“Bizim 30 faizə yaxın dövriyəmiz tokenlə keçir. Müştəridə
müəyyən vərdiş formalaşır. Deyə bilərəm ki, ödənişlər gələcəkdə
artacaq”, – deyə o bildirib.



























