
Bakı. Trend:
Çindən olan idmançı Tzısay Vanq Bakıda keçirilən Dünya Kubokunda
batut gimnastikası üzrə kişilər arasında fərdi proqramda birinci
yeri tutub.
Trend xəbər verir
ki, gimnast 62,160 xal toplayıb.
İkinci yerdə 61,990 xalla Çini təmsil edən Lanyu Yan qərarlaşıb.
Üçüncü yeri İvan Litvinoviç (neytral idmançı) tutdu, idmançı 60,440
xal toplayıb.
Qeyd edək ki, fevralın 23-25-də Bakıda Milli Gimnastika
Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku
keçiriləcək. Yarışda 32 ölkədən gimnastlar iştirak edir.





























