
Bakı. Trend:
Leobank 2024-cü il Yay Olimpiya Oyunlarının rəsmi sponsoru olan
Visa ilə birlikdə lotereya keçirir. İyunun 17-dək davam edəcək
lotereya çərçivəsində qaliblər Parisə ikinəfərlik səyahət paketi
qazanacaq. Lotereyada iştirak etmək üçün Leobank tətbiqindən Leo
Prime Visa VIP kartını sifariş etmək kifayətdir.
Leobank və Visa-nın reklam kampaniyasının siması cüdo üzrə dörd
Avropa titulunu qazanan yeganə cüdoçu Hidayət Heydərov seçilib.
Qeyd edəki ki, Azərbaycan cüdoçusu 2024-cü il aprelin 25-dən 27-dək
Zaqrebdə keçirilən Avropa çempionatında dördüncü dəfə qalib
olub.
Leobank və Visa lotereyasının qalibləri Olimpiya Oyunlarının
tribunalarında idmançımızı şəxsən dəstəkləyə və onun qələbəsinin
şahidi ola biləcəklər!
Adi qara Leo kartı olan hər bir Leobank müştərsi öz kartının
statusunu VIP-ə yüksəltməklə, lotereyada iştirak edə bilər. Hazırda
Leo kartı olmayan, amma iyunun 17-dək adi qara Leo kart sifariş
edən və bu müddət ərzində kartın statusunu VIP-ə yüksəldən
müştərilər də avtomatik olaraq lotereya iştirakçısına
çevriləcək.
2024-cü il Olimpiya Oyunlarına iki ədəd səyahət paketinin uduş
tirajı 21.06.2024-cü il tarixində Leobank-ın Instagram səhifəsində
canlı yayımda keçiriləcək. Qaliblər random üsulu ilə təsadüfi
olaraq seçiləcək və Leobank onları öz veb-saytında və sosial
şəbəkələrində elan edəcək.
Lotereya qaliblərinin qazanacağı səyahət paketinə
aşağıdakılar daxildir:
- Parisə ikinəfərlik təyyarə biletləri
- The Hoxton Paris hotelində ikinəfərlik 4 gecəlik qonaqlama
- Bağlanış mərasimi də daxil olmaqla 3 Olimpiya yarışına
biletlər - Hava limanından transfer, metro kartı, Paris Pass turist
kartı
Lotereyada iştirak imkanı yaradan Leo Prime Visa kartı VIP
müştərilər üçün əlavə imtiyazlar təqdim edən premium kartdır.
Məsələn: hava limanlarında VIP xidmət, 24 saat konsyerj xidməti,
bankdan bonuslar, ödəniş sistemlərindən endirimlər və loyallıq
proqramları və sairə.
Leobank Azərbaycanda ilk “mobile-only” (filialsız) bankçılıq
xidmətidir. Artıq 1 milyondan çox müştəri banka getmədən
“Unibank”ın bu bankçılıq xidmətindən faydalanır.
Veb-sayt: https://leobank.az/az/paris
Sosial şəbəkələr:



























