Advertisement

Verginin yüksək olması əhalinin internetə əlçatanlığında əngəl olaraq qalır – Şirkət rəhbəri

Bakı. Trend:

Rəqəmsal magistralların qurulması Özbəkistanın inkişafına töhfə
verəcək.

Trend xəbər verir ki, bu barədə bu gün “Beeline” Özbəkistan
şirkətinin baş direktoru Andrzej Malinowski “GSMA M360 Eurasia
2024” konfransı çərçivəsində keçirilən “Sənaye investisiyalarını
gücləndirmək üçün dəstəkləyici siyasət strategiyaları” adlı paneldə
çıxışı zamanı deyib.

O bildirib ki, “Beeline” ölkədəki yeganə özəl operatdır və yerli
qanunvericiliyə tabedir.

“Ümumiyyətlə istənilən texnologiyanın inkişafı üçün şərait
yaradılmalıdır. İKT nazirliyi bununla bağlı işlər görülür.
Vergilərin azadılması isə əsas məsələ olaraq qalır. Verginin yüksək
olması əhalinin internetə əlçatanlığında əngəl olaraq qalır”,- deyə
o bildirib.

Qeyd edək ki, Bakıda ikinci dəfə Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell
Telekom” MMC-nin baş sponsorluğu ilə keçirilir.

Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları
ətrafında fikir mübadiləsi aparılacaq.Konfransa beynəlxalq və
regional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyici
qurumların nümayəndələri qatılacaq. Onlar həm regionun, həm də
digər ölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün
bütün bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyəti
haqqında danışacaqlar.