
Bakı. Trend:
Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə
Dünya Kuboku çərçivəsində Azərbaycan Gimnastika Federasiyasının
xüsusi təsis edilmiş mükafatı – AGF Trophy-nin təqdimatı olub.
Trend xəbər verir ki, mükafat çıxışlarına görə ən yüksək bal
toplayan gimnastlara verilir.
Batut gimnastikası üzrə fərdi proqramda AGF Trophy mükafatı Çin
idmançıları Syuyen Çju və gimnast İvan Litvinoviçə (neytral
idmançı) verilib.
Tamblinq proqramında AGF Trophy mükafatı fransalı gimnastlar
Kendi Brier-Vetillard və İppolit Erqueyə verilib.
Batut üzərində sinxron tullanma proqramında AGF Trophy mükafatı
Ecem Nisa Esen və Livanur Yalçına (Türkiyə), həmçinin Morqan
Demiro-o-Domiro və Pyer Quzaya (Fransa) təqdim edilib.
Qeyd edək ki, fevralın 23-25-də Bakıda Milli Gimnastika
Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku
keçirilib. Yarışda 32 ölkədən gimnastlar iştirak edib.





























