Advertisement

18 əl baqajı toplama nöqtəsi və özünəxidmət məntəqəsi açılacaq – Rəşad Haqverdiyev

Bakı. Trend:

Biz təhlükəsizlik, müştəri məmnuniyyəti, rəqəmsallaşma kimi
məsələləri diqqətə alırıq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları
Sağlamlıq, Təhlükəsizlik, Keyfiyyət və Ətraf Mühit direktoru Rəşad
Haqverdiyev “GSMA M360 Eurasia 2024” konfransı çərçivəsində
keçirilən “COP29-un qurulmasında iqlim öhdəliklərinə yeni həyat
nəfəsi” adlı paneldə çıxışı zamanı deyib.

O bildirib ki, yeni bir proqram təminatından istifadə edərək ən
yaxşı marşurut müəyyənləşdiriləcək və bu da karbon emissiyasını
azaldacaq.

“18 əl baqajı toplama nöqtəsi və özünəxidmət (check in)
məntəqəsi açıqlacaq bu da 10 ton kağızın qənaətinə gətirib
çıxaracaqdır. Bu isə ildə 350 ağacın qorunması mənasına gəlir.
Azərbaycan Hava Yolları həmçinin hər il ağacəkmə aksiyalarında
iştirak edir. Biz fəal olaraq müasir suvarma sistemlərindəm
istifadə edirik”,- deyə o bildirib.

Qeyd edək ki, Bakıda ikinci dəfə Azərbaycan Respublikasının
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell
Telekom” MMC-nin baş sponsorluğu ilə keçirilir.

Tədbir çərçivəsində rəqəmsal dövrün ən aktual tendensiyaları
ətrafında fikir mübadiləsi aparılır.Konfransa beynəlxalq və
regional ekspertlər, şirkət rəhbərləri və region üzrə tənzimləyici
qurumların nümayəndələri qatılıb. Onlar həm regionun, həm də digər
ölkələrin rəqəmsal transformasiyasının sürətləndirilməsi üçün bütün
bazar iştirakçılarının birgə fəaliyyətinin əhəmiyyəti haqqında
danışırlar.