
Bakı. Trend:
Qlobal istiləşməyə səbəb olan qaz emissiyaları 2019-cu ildəki
səviyyə ilə müqayisədə 2030-cu ilədək 43 faiz azaldılmalıdır.
Trend xəbər
verir ki, bu barədə BMT-nin Azərbaycandakı Rezident
Əlaqələndiricisinin Ofisinin rəhbəri Kanako Mabuçi ADA
Universitetində keçirilən İqlim-Su Zirvəsində deyib.
“Yaxın bir neçə il ərzində qlobal temperaturun 1,5 dərəcəyədək
artmasını məhdudlaşdıra və bu səviyyədə saxlaya bilib-bilməcəyimiz
bir çox baxımdan müəyyən olunacaq”, – deyə o bildirib.
BMT nümayəndəsi qeyd edib ki, qaz emissiyaları 2025-ci ilədək
artıq pik həddə çatacaq.
“Dubayda keçirilən COP28 konfransında qəbul edilən konsensus
bütün ölkələri qazıntı yanacağından imtina etməyə və sıfır
səviyyəyə salmağa, eləcə də, bütün iqtisadiyyat üçün milli hədəf
töhfələri təqdim etməyə çağırır”, – deyə Kanako Mabuçi əlavə
edib.
Qeyd edək ki, ADA universitetində İqlim-Su Zirvəsi
keçirilib.
Tədbirdə dövlət və akademik qurumlar, beynəlxalq təşkilatlar və
özəl sektordan ekspertləri iştirak ediblər.
Çıxış edənlər arasında Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin, ADA Universitetinin, BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatı (FAO) və BMT-nin Azərbaycandakı Rezident
Əlaqələndiricisinin Ofisinin nümayəndələri, eləcə COP29 Azərbaycan
Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri baş icraçı direktoru,
Türkiyənin Dayanıqlı Gələcəyi üzrə Komissiyanın sədri və “Aqualink”
şirkətinin baş direktoru olub.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























