Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin
gəlirləri 13 milyard 259,4 milyon manat, xərcləri isə 10 milyard
749,5 milyon manat təşkil edib.
Trend bu barədə Dövlət
Statistika Komitəsinə istinadən xəbər verir.
Bunlar, 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 9
% və 20,4 % çoxdur.
Son nəticədə 4 ayda büdcədə 2 milyard 509,9 milyon manat
profisit yaranıb. Bu isə 1 il əvvələ nisbətən 22,4 % azdır.



























