Advertisement

Mobil rabitə operatorları nə qədər gəlir əldə edib?

Bakı. Trend:

Rabitə və informasiya sahəsində fəaliyyət göstərən müəssisələr
tərəfindən 2024- cü ilin yanvar-aprel aylarında əvvəlki ilin
müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real
ifadədə 12,5 faiz artaraq 1040,2 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, xidmətin 75,8 faizi
əhali tərəfindən istehlak olunub.

Xidmətlərdən əldə edilən gəlirin 36,7 faizi və ya 382,1 milyon
manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Qeyd edək ki, bu gün Azərbaycanda üç mobil rabitə operatoru
fəaliyyət göstərir və onların abunəçilərinin sayı ümumilikdə 11
milyona yaxındır.