Bakı. Trend:
Azərbayacan Karate Federasiyasının ənənəvi karate üslubu fudokan
komandası Avropa çempionatında iştirak edir.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, yarış Soveniyanın Podçetrtek şəhərində
start götürüb.
Millimiz turnirdə 4 kateqoriya üzrə qüvvəsini sınayacaq. Uşaqlar
arasında Yusif Mustafazadə, Mövlan Məmmədli, Mənsumə Məmmədli,
yeniyetmələr arasında Leyla Mahmudlu, Rəşidə Qafarlı, gənclər
arasında İsmayıl İbrahimli, Mehti Abdullayev, Şəhriyar Behbudzadə,
Tahir Ələkbərov, böyüklər arasında isə Vahid Həsənov, Kamran
Heydərzadə qələbə uğrunda yarışacaqlar.
Komandamız yarışa Azərbaycan Karate Federasiyası prezidentinin
köməkçisi, Dünya Fudokan Federasiyasının (ənənəvi karate üslubu)
Azərbaycan üzrə rəsmi nümayəndəsi Vüsal Abdullazadə və
vitse-prezident Aqil Soltanovun rəhbərliyi altında yollanıblar.
Qeyd edək ki, Avropa çempionatına mayın 19-da yekun
vurulacaq.





























