Advertisement

FIFA təşkilata üzv ölkələri irqçiliklə mübarizəyə çağırıb

Bakı. Trend:

Banqkokda keçirilən Asiya Futbol Konfederasiyasının Konqresi
zamanı Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA)
prezidenti Canni İnfantino təşkilata üzv olan 211 ölkənin hamısını
irqçiliklə mübarizə aparmağa çağırıb.

Trend-in
məlumatına görə, uzun müddətdir irqçiliklə mübarizə üçün effektiv
vasitələrin axtarışı üzərində işləyən FIFA oyunçuların hakimin
diqqətini irqçilik və ya ayrı-seçkiliklə bağlı hadisələrə cəlb
etmək üçün istifadə edəcəyi jesti – “başın üzərində çarpazlanmış
əlləri” təklif edir.

“Futbolun qlobal bir cəmiyyət olaraq bir araya gəlməsi və
oyundakı irqçilik problemini həll etmək üçün birmənalı bir öhdəlik
götürməyin vaxtı çatıb” – deyə FIFA-nın məktubunda deyilir.

Qeyd etmək lazımdır ki, FIFA 2021-ci ildə Tokio Olimpiadasında
qadın atıcılıq yarışlarının qaliblərinin mükafatlandırılması
mərasimində əlləri çarpazlaşdırılmış amerikalı Reyven Sondersin
jestindən istifadə etməyi təklif edir.