
Bakı. Trend:
15-16 May tarixlərində Ziraat Bank Azərbaycanın da tərəfdaş və
iştirakçı olduğu, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan
Respublikasının Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi,
Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Fintex Assosiasiyasının
dəstəyi və Visa şirkətinin qlobal tərəfdaşlığı ilə “Bank və Maliyyə
Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və
Təhlükəsizlik” mövzusunda tədbir baş tutub.
İki gün ərzində davam edən bu tədbirdə bir çox yerli və
beynəlxalq maliyyə qurumlarının rəhbərləri və müxtəlif səlahiyyətli
nümayəndələri bir araya gələrək maliyyə və bank sektorunda baş
verən ən son innovativ həlləri, təkmilləşdirilmiş maliyyə
istiqamətləri, maliyyə texnologiyaları, rəqəmsallaşma, ödəniş
ekosistemlərində yeni və gələcək tendensiyalar sahəsində fikir və
təcrübə mübadiləsi aparıblar.
Bank hər il təşkil olunan nüfuzlu beynəlxalq tədbirdə iştirakı
və tərəfdaşlığına görə Azərbaycan Banklar Assosiasiyası tərəfindən
təşəkkürnamə ilə təltif edilib.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus,160
illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib
hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən
verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında
fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq
sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt
şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və
xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı
məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa
nömrəsinə zəng edərək əldə edə bilərsiniz.



























