Advertisement

AZPROMO və Rusiyanın Azərbaycandakı Ticari Nümayəndəliyi Kazanda “dəyirmi masa” keçirəcək

Bakı. Trend:

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi
Agentliyi (AZPROMO) və Rusiyanın Federasiyasının Azərbaycandakı
Ticari Nümayəndəliyi bu gün Rusiya hökumətinin nümayəndələri,
AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
rəhbərləri, Azərbaycanın İqtisadi Zonaların İnkişafı
Agentliklərinin rəhbərləri və hər iki ölkənin iş adamlarının
iştirakı ilə Kazanda “dəyirmi masa” keçirəcək

Bu barədə Trend-ə özəl olaraq AZPROMO-nun icraçı direktoru Yusif
Abdullayev deyib.

Onun sözlərinə görə, “dəyirmi masa”nın iştirakçıları
ortamüddətli perspektivdə qarşılıqlı fəaliyyət perspektivlərini,
həmçinin məhsulların tədarükü və investisiya axınındakı maneələrin
aradan qaldırılması, logistikanın, sənayenin, turizmin inkişafı,
eləcə də beynəlxalq nəqliyyat dəhlizləri üzrə əməkdaşlığın
intensivləşdirilməsi üçün dövlət və biznesin atmalı olduğu
addımları müzakirə edəcəklər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun