Advertisement

AFFA braziliyalı futbolçunu 5 oyunluq diskvalifikasiya edib

Bakı. Trend:

AFFA “İmişli”nin futbolçusu Gilyerme Silvanı cəzalandırıb.

Trend İdman.biz
istinadən xəbər verir ki, buna legionerin I Liqanın XXVI turunun
“Araz Saatlı” ilə matçındakı hərəkəti səbəb olub.

23 yaşlı braziliyalı görüşün 87-ci dəqiqəsində təcavüzkar
davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqib
futbolçunu vurmağa cəhd edib. O, bu hərəkəti üçün 4 oyunluq
diskvalifikasiya edilib.

Ona ötən ay təyin edilmiş 3 aylıq sınaq müddəti başa çatmamış
növbəti dəfə qırmızı vərəqə aldığı üçün həmin 1 oyunluq şərti cəza
da diskvalifikasiyaya əlavə edilib. Gilyerme ümumilikdə 5 oyun
cəzalanıb, “İmişli” 300 manat cərimələnib.