Bakı. Trend:
Dünyanın ən yaxşı baş məşqçilərinin reytinqi siyahısı
açıqlanıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, may ayındakı ilk cədvəldə planetin 500 ən
güclü mütəxəssisi yer alıb.
Siyahıda yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovdur.
“Qarabağ”ın baş məşqçisinin mövqeyi dəyişib.
O, 1672 xalla dünyada 136-cıdlr. Ötən ayla müqayisədə 1 xallıq
artıma nail olan 52 yaşlı mütəxəssis 2 pillə geriləyib.
“Neftçi”nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1616 xalla
siyahıda 194-cüdür. O, ötən siyahı ilə müqayisədə 1 addım
irəliləyib.
Qeyd edək ki, cədvələ 2238 xala malik “Mançester Siti”nin baş
məşqçisi Pep Qvardiola başçılıq edir.





























