Bakı. Trend:
Argentinalı ulduz Lionel Messinin İspaniyanın “Barselona” klubu
ilə ilk müqaviləsini imzaladığı salfet hərracda 965 min dollar
satılıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bu barədə Britaniyanın Bonhams Hərrac Evi
məlumat yayıb.
Messi “Barselona” ilə ilk müqaviləsini 2000-ci il dekabrın 14-də
13 yaşında imzalayıb. 36 yaşı futbolçu 2003-2021-ci illərdə isə
katalonların əsas komandasında çıxış edib.
O, “Barsa”nın heyətində 10 dəfə İspaniya çempionu olub, 8 dəfə
ölkə Superkubokunu, 7 dəfə İspaniya kubokunu, 4 dəfə Çempionlar
Liqasını, hər biri 3 dəfə olmaqla UEFA Superkubokunu və
Klublararası dünya çempionatını qazanıb.





























