Bakı. Trend:
Yunanıstanın Lutraki şəhərində güləş üzrə U-15 Avropa
çempionatında növbəti gün arxada qalıb.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, 5 sərbəst güləşçimiz finalda mübarizə
aparacaq.
Həlledici görüşlər bu gün keçiriləcək. 41 kq çəkidə millimizin 2
üzvü qızıl uğrunda yarışacaq.
Qeyd edək ki, qadın güləşçilərimiz mübarizəni erkən başa
vurublar. Məryəm Hacıyeva (36 kq), Nəzrin Əhmədli (42 kq) və Fatimə
Bayramova (54 kq) bürünc medal uğrunda qarşılaşmalarda məğlub
olaraq 5-ci yerlə kifayətləniblər.
Sərbəst güləş, finallar
38 kq
K.Kərimov- İ.Temersultanov (AİN)
41 kq
A.Hüseynli – Q.Məcnunov
48 kq
A.Əsgərli – S.Labazanov (AİN)
85 kq
M.Orucov – İ.Patru (Rumıniya)





























