Advertisement

“Neftçi”nin 4 itkisi var – Trend.Az

Bakı. Trend:

“Neftçi” Azərbaycan Premyer Liqasının XXXV turuna 4 itki ilə
çıxacaq.

Trend İdman.biz
istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat
yayıb.

Məlumatda Emil Balayevlə Emin Mahmudovun zədə, Yuri Matiasla
Andre Şinyaşikinin isə cəzalı olduqlarına görə “Səbail”ə qarşı
forma geyinə bilməyəcəyi bildirilib.

Qeyd edək ki, “Səbail” – “Neftçi” oyunu bu gün 17:00-da start
götürəcək.