Advertisement

Niderlandlı mütəxəssis “Liverpul”a başçılıq edəcək

Bakı. Trend:

“Liverpul”da Yurgen Kloppu əvəz edəcək baş məşqçinin adı
müəyyənləşib.

Trend İdman.biz
istinadən xəbər verir ki, komandaya Arne Slot rəhbərlik edəcək.

Hollandiyalı mütəxəssis özü bu barədə məlumat verib. O, növbəti
mövsümdə ingilis klubuna başçılıq edəcəyini bildirb: “Təsdiq edə
bilərəm ki, növbəti mövsümdə “Liverpul”a rəhbərlik edəcəyəm”.

Slot müqavilə müddəti barədə danışmayıb. Onun “Liverpul”la
2027-ci ilin yayına kimi müqavilə bağladığı bildirilib.

Qeyd edək ki, 45 yaşlı mütəxəssis 2021-ci ildən “Feyenoord”a
rəhbərlik edib. O, 2022/2023 mövsümündə komandaya Niderland
çempionluğunu qazandırıb.