Advertisement

Paraatletimiz dünya çempionu oldu – Trend.Az

Bakı. Trend:

Yaponiyanın Kobe şəhərində paraatletika üzrə dünya çempionatı
davam edir.

Trend İdman.biz
istinadən xəbər verir ki, mundialda Azərbaycan millisi ilk medalını
rəsmiləşdirib.

T13 kateqoriyasında Lamiyə Vəliyeva 100 m məsafəyə qaçışda qızıl
medal qazanıb. O, finişə 11,94 saniyəyə çataraq dünya çempionu
tituluna yiyələnib.