Advertisement

İsmayıllıda yeni istehsal müəssisəsinin təməlinin qoyulması inkişafa töhfə verəcək – Nazir

Bakı. Trend:

“Azerbaijan Coca-Cola Bottlers” brendi artıq uzun müddətdir ki,
ölkəmizdə istehsalçı kimi fəaliyyət göstərir. Bu gün ikinci
müəssisənin İsmayıllıda təməlinin qoyulması bu bölgənin
sosial-iqtisadi inkişafına töhfə verəcək.

Trend xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl
Cabbarov “Azerbaijan Coca-Cola Bottlers”in İsmayıllıda yeni
istehsal müəssisəsinin təməlqoyma mərasimində deyib.

Nazir bildirib ki, bu müəssisənin yaradılması yüz yeni iş yeri
ilə məhdudlaşmır, burada həm də ekosistem formalaşdırılır, sərmayə
iqtisadi fəallığı canlandırır.

“2021-ci ildə imzalanmış anlaşma memorandumuna əsasən bu gün
şirkətin investisiyasını alqışlayırıq. Bu, Azərbaycanın investisiya
mühitinə və bölgələrin sərmayələr üçün uyğun infrastruktura, insan
kapitalına malik olmasını bir daha təsdiqləyir”, – deyə nazir əlavə
edib.