Bakı. Trend:
“Barselona”nın Xaviyə ödəməli olacağı kompensasiyanın məbləği
bəlli olub.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, baş məşqçi istefaya göndərilsə, ona 20
milyon avro ödənilməlidir.
Bu səbəbdən də klub rəhbərliyi Xavini baş məşqçi postunda
qalıb-qalmamasını yenidən nəzərdən keçirir.
İspaniya təmsilçisi mütəxəssislə vidalaşmaq istəsə də, ödəməli
olacağı kompensasiya bu addımı yenidən düşünməyə məcbur edib. Çünki
bu məbləğ maliyyə durumu yaxşı olmayan klub üçün ağır zərbə ola
bilər.
Qeyd edək ki, “Barselona” La Liqanın 36 turundan sonra 79 xalla
ikinci pillədə qərarlaşıb.





























