Advertisement

Gümüş və bürünc mükafatçı son turda müəyyənləşəcək – Premyer Liqa

Bakı. Trend:

Azərbaycan Premyer Liqasında XXXV turun üç matçı keçirilib.

Trend İdman.biz-ə istinadən
xəbər verir ki, ikinci oyun günündə gümüş və bürünc mükafata iddia
edən komandalar da meydana çıxıblar.

“Sabah” öz meydanında “Sumqayıt”ı məğlub edib. “Neftçi” isə
səfərdə “Səbail”in müqavimətini ikinci hissədəki qollarla
qırıb.

“Zirə” Qərb səfərində “Kəpəz”i üstələyib. Bu nəticələrdən sonra
komandalardan heç biri avrokuboklara vəsiqəni təmin edə bilməyib.
Bu səbəbdən sonuncu tur həlledici xarakter daşıyacaq.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.