Bakı. Trend:
Futbol üzrə Almaniya çempionatının 34-cü turunda evdə
“Auqsburq”u qəbul edən “Bayer” 2:1 hesabı ilə qalib gəlib.
Trend-in məlumatına görə, qalib gələn komandanın heyətində
qolları Viktor Bonifas (12-ci dəqiqə) və Robert Andriç (27) vurub.
Mert Kömür “Auqsburq” un hetətində fərqlənib (62). “Bayer”
məğlubiyyətsizlik seriyasını 51 matça çatdırdı. Klub son
məğlubiyyətini son ölkə çempionatının final oyununda səfərdə
“Bohum”a uduzaraq (0:3) alıb.
“Bayer” Almaniya çempionatını 90 xalla məğlubiyyətsiz başa
vurub, 34 matçda komanda 28 qələbə qazanıb və 6 dəfə heç-heçə edib.
Daha əvvəl beş dəfə gümüş medal qazanan klub tarixdə ilk dəfə ölkə
çempionatının qalibi olub.





























