Advertisement

Çempionlar Liqası: “Bavariya” 1/4 finalına yüksəlib

Bakı. Trend:

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda
Almaniyanın “Bavariya” klubunun futbolçuları İtaliyanın “Latsio”
komandasını 3:0 hesabı ilə məğlub edib.

Trend-in
məlumatına görə, komandanın iki qolunu Harri Keyn 38 və 66-cı
dəqiqələrdə vurub. Ondan başqa, Tomas Müller də “Bavariya”nın
heyətində fərqlənib (45+2).

Qarşılaşma Münhendə baş tutub. Bu komandaların ilk görüşü
fevralın 14-də Romada baş tutub, o zaman “Latsio” qalib gəlib.
Ümumi hesaba əsasən, “Bavariya” 1/4 finala vəsiqə qazanıb.