Advertisement

“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər

Bakı. Trend:

“Liverpul”da oynayan Alexis Mak Allister “Real Madrid”ə keçə
bilər.

Trend-in məlumatına görə, Madrid klubu argentinalı
yarımmüdafiəçi ilə maraqlanır. Liverpul mənbələri kluba futbolçu
ilə bağlı bir neçə sorğunun daxil olduğunu təsdiqləsə də, hələlik
heç bir rəsmi təklif gəlməyib.

“Real Madrid” Mak Allisterlə gələn il müqavilə imzalamaq
variantını nəzərdən keçirir. Belə olarsa, o zaman Luka Modriç və
Toni Kroos böyük ehtimalla İspaniya komandasını tərk edəcəklər.

Mak Allisterin müqaviləsində sərbəst qalma məbləği 70 milyon
avro müəyyənləşdirilib.

Premyer Liqanın cari mövsümündə 25 yaşlı yarımmüdafiəçi 32 oyun
keçirib, 4 qol vurub, 5 məhsuldar ötürmə edib.