Advertisement

Azərbaycanda əsas kapitala yönəldilən vəsait 11 faizdən çox artıb

Bakı. Trend:

Cari ilin yanvar-aprel aylarında əsas kapitala 5230,4 milyon
manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
11,8 faiz çox investisiya yönəldilib.

Dövlət Statistika Komitəsindən Trend-ə bildirilib ki, neft-qaz
sektoruna yatırılmış investisiyaların həcmi 6,2 faiz, qeyri
neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 15,2 faiz
artıb.

İstifadə olunmuş investisiyanın 2828,9 milyon manatı və ya 54,1
faizi məhsul istehsalı sahələrinə, 1979,3 milyon manatı (37,8
faizi) xidmət sahələrinə, 422,2 milyon manatı (8,1 faizi) isə
yaşayış evlərinin tikintisinə sərf edilib.

Əsas kapitala yönəldilmiş investisiyaların 4210,1 milyon
manatını və ya 80,5 faizini daxili investisiyalar təşkil edib. Əsas
kapitala yönəldilmiş investisiyaların 3687,6 milyon manatı və ya
70,5 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə
yetirilməsinə sərf olunub.