Bakı. Trend:
İngiltərədə 2023/2024 mövsümünün qalibi Premyer Liqanın son
turunda bəlli olub.
Trend İdman.biz-ə istinadən
xəbər verir ki, “Mançester Siti” ardıcıl 4-cü dəfə çempion titulunu
qazanıb.
Son turda “Vest Hem”i 3:1 hesabı ilə məğlub edən Xosep
Qvardiolanın yetirmələri digər oyunun nəticəsindən asılı olmayaraq,
çempionluğu rəsmiləşdiriblər. “Mançester Siti”dən 2 xal geri qalan
“Arsenal” “Everton”ı məğlub etsə də, bu, 1-ci yeri tutmaq üçün
kifayət etməyib. “Şəhərlilər” 91, “topçular” 89 xal
toplayıblar.
Qeyd edək ki, “Mançester Siti” tarixində 10-cu dəfə İngiltərə
çempionu olub.





























