Advertisement

AYİB Azərbaycanın iqtisadi tərəqqisini dəstəkləməyə sadiqdir (ÖZƏL)

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın
iqtisadi tərəqqisini, “yaşıl” keçidini dəstəkləməyə sadiqdir.

Bu barədə Trend-ə özəl müsahibəsində AYİB-in Azərbaycandakı
rəhbəri Natalya Muravidze deyib.

“Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən bir sıra
layihələrin maliyyələşdirilməsi, eləcə də maliyyə institutlarının
və yerli biznesin dəstəklənməsi üçün ölkənin dövlət və özəl
sektorları ilə əməkdaşlıq perspektivləri bizi sevindirir”, – deyə o
qeyd edib.

Muravidze ölkənin artım və inkişafına müsbət təsirin təmin
olunması məqsədilə hər bir layihənin ayrılıqda
qiyimətləndirildiyini vurğulayıb.

O, həmçinin hazırda özəl sektorla bir sıra mühüm layihələr üzrə
danışıqlar aparıldığını və hazırlığın hazırkı mərhələsində
təfərrüatın açıqlana bilməyəcəyini qeyd edib.

Qeyd edək ki, 29 fevral 2024-cü il tarixinə AYİB-in
Azərbaycandakı layihələrinin kredit portfeli 937 milyon avro
məbləğində qiymətləndirilib, kredit portfeli 32 layihənin icrasıi
üçün nəzərdə tutulub.

Portfelin böyük hissəsi (90 faiz və ya 848 milyon avro)
dayanıqlı infrastruktura, 7 faizi (64 milyon avro) sənaye, ticarət
və kənd təsərrüfatına, 3 faizi (26 milyon avro) maliyyə
institutlarıa investisiyalara yönəlib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun