Bakı. Trend:
İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Tacikistanın sənaye və
yeni texnologiyalar naziri Şerali Kabirin iştirakı ilə
Azərbaycan-Tacikistan biznes forumu keçirilir.
Trend xəbər verir ki, biznes forumda hər iki ölkənin iş
adamları, biznes strukturlarının təmsilçiləri və dövlət
orqanlarının nümayəndələri iştirak edirlər.
Forumun əsas məqsədi öləkələrimiz arasında iqtisadi-ticarət
əlaqələrini genişləndirmək, iş adamlarının əməkdaşlığı üçün münbit
şərait yaratmaqdan ibarətdir. Forumda kənd təsərrüfatı, sənaye,
nəqliyyat, emal sahələrində fəaliyyət göstərən iş adamları və
şirkət rəhbərləri iştirak edirlər.
Xəbər yenilənəcək



























