
Bakı. Trend:
UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda “Qarabağ” və
Almaniyanın “Bayer” komandaları arasındakı ilk oyun başa çatıb.
Trend xəbər verir ki, oyun 2:2 hesablı heç-heçə ilə başa
çatıb.
“Qarabağ” komandasının heyətində qolları Yasin Benzia (26-ci
dəqiqə), Juninyo (45+2) vurublar. Almaniya təmsilçisinin heyəqində
Florian Virtz (70), Patrik Şik (90+2) fərqləniblər.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması martın
14-də Leverkuzendə baş tutacaq.
xxx
23:38
Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” ilə
Almaniyanın “Bayer” komandaları arasında keçirilən görüşdə hesab
bərabərləşib.
Trend xəbər verir
ki, “Bayer” komandasının həyətində Patrik Şik (90+2) fərqlənib.
xxx
23:17
Tofiq Bəhramov adına Respublika Stadionunda “Qarabağ” ilə
Almaniyanın “Bayer” komandaları arasında keçirilən görüşdə “Bayer”
klubu hesab fərqini azaldıb.
Trend xəbər verir
ki, Almaniya təmşilçisinin hücumçusu Florian Virtz 70-ci dəqiqədə
qol vurub.
xxx
22:37
UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda “Qarabağ” və
Almaniyanın “Bayer” komandaları arasındakı ilk oyun keçirilir.
Trend xəbər verir
ki, “Qarabağ” komandasının heyətində Juninyo fərqlənib (45+2).
Beləliklə, “Qarabağ” komandası 2:0 hesabı ilə öndədir.
xxx
22:16
UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda “Qarabağ” və
Almaniyanın “Bayer” komandaları arasındakı oyunda hesab açılıb.
Trend xəbər verir
ki, “Qarabağ” komandasının yarımmüdafiəçisi Yasin Benzia (26-ci
dəqiqə) fərqlənib.
xxx
21:48
UEFA Avropa Liqasının 1/8 final mərhələsində Bakıda “Qarabağ” və
Almaniyanın “Bayer” komandaları arasındakı ilk oyun başlayıb.
Trend xəbər verir
ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüş
saat 21:45-də start götürüb.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması martın
14-də Leverkuzendə baş tutacaq.





























