Advertisement

Tacikistan və Azərbaycan bir sıra əməkdaşlıq sənədləri imzalayıb

Bakı. Trend:

Tacikistan və Azərbaycan 7 əməkdaşlıq sənədləri imzalayıb.

Trend xəbər
verir ki, sənədlər Bakıda keçirilən “Azərbaycan-Tacikistan” biznes
forumunda imzalanıb.

Forumda xüsusən aşağıdakı sənədlər imzalanıb:

1. Tacikistanın Sənaye və Yeni Texnologiyalar Nazirliyi ilə
“Anglo Asian Mining” arasında əməkdaşlıq memorandumu;

2. Tacikistan Respublikasının Dövlət Sənaye-İxrac Bankı
“Sanoatsodirotbonk” və Azərbaycan Respublikasının Sahibkarlığın
İnkişafı Fondu arasında Anlaşma Memorandumu;

3. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar
İnnovasiya Mərkəzi və Tacikistan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin “Kənd Təsərrüfatı sahəsində Kadrların Rəqəmsallaşma və
İxtisas Artırma Mərkəzi” Dövlət Unitar Müəssisəsi arasında kənd
təsərrüfatı sahəsində innovasiyalar üzrə əməkdaşlıq haqqında niyyət
protokolu;

4. “Talco” ASC ilə “Azərbaycan İnvestisiya Şirkəti” ASC arasında
əməkdaşlığa dair Anlaşma Memorandumu;

5. Tacikistan Respublikası Sənaye və Yeni Texnologiyalar
Nazirliyi yanında Yeni Sənaye Texnologiyalarının Layihələndirilməsi
üzrə Konstruktor Mərkəzi ilə “Baku Steel Company” QSC arasında
Anlaşma Memorandumu;

6. Tacikistanın “Avesto Group” MMC şirkəti ilə “Azkompozit” MMC
arasında əməkdaşlığın genişləndirilməsinə dair Memorandum;

7. Tacikistanın “Tour TJ” şirkəti ilə “Turizm.az” MMC arasında
əməkdaşlıq və qarşılıqlı fəaliyyətə dair Memorandum.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun