Advertisement

Beynəlxalq Çövkən Federasiyasının ikinci Assambleyasının tarixi bəlli olub (FOTO)

Azərbaycan Respublikası Atçılıq Federasiyası olaraq, ölkəmizin
ənənəvi milli idman növlərindən biri olan Çövkən oyununa həsr
olunmuş möhtəşəm bir tədbiri elan etməkdən qürur duyuruq.

Trend xəbər verir ki, mayın
21-də saat 14:00-da Binə Atçılıq Mərkəzində Peşəkar Çövkən
Liqasının təntənəli açılış mərasimi və 1-ci turunu ilk 2 oyunu
keçiriləcəkdir. Liqanın 1-ci turunun qalan 3 oyunu isə 22 may 14:00
tarixdə eyni məkanda davam edəcək.

Açılış mərasimindən bir gün əvvəl, 20 May 2024-cü il tarixində
saat 12:00-da eyni məkanın Elit Park restoranında press konfrans və
liqanın püşkatması təşkil olunacaqdır. Püşkatmada 10 komanda
(Ağstafa Dilbaz, Elit, Embavud, Köhlən, Qarabağ, Omar, Polad,
Sərhədçi, Şirvan və Zəfər Çövkən Komandaları) iştirak edəcək.

21 May 2024-cü ildə keçiriləcək açılış mərasimində milli
atlarımızın iştirakı ilə 10 peşəkar Çövkən komandasının mövsüm
ərzində çempionluq uğrunda mübarizəsi başlayacaqdır. Tədbirdə
Qarabağ atlarının bu il Böyük Britaniyada nümayiş etdiyi möhtəşəm
şou nömrəsi və komandalar arasında iki maraqlı oyun keçiriləcəkdir.
Keçiriləcək oyunlar püşkatma əsasında müəyyən ediləcəkdir.

Çövkən, əsrlər boyu Azərbaycan xalqının qonaqpərvərliyi və
tolerantlığı ilə seçilən tarixi və mədəni irsinin ayrılmaz bir
parçasıdır. XII əsrdə böyük şair və filosof Nizami Gəncəvi özünün
məşhur “Xosrov və Şirin” poemasında Çövkən oyununu təsvir etmişdir.
O dövrdən başlayaraq, Çövkən Asiya, Avropa və Amerika qitələrində
geniş yayılmış və müasir atüstü oyunların əsası kimi tanınıb.

2013-cü ilin dekabrında Çövkən, YUNESKO tərəfindən təcili
qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni irs nümunəsi kimi
tanınmışdır. 2013-2014-cü illərdə Bakı şəhərində təşkil olunan
Arena Polo üzrə Dünya Kuboku yarışları “Polo Vətənə qayıdır” və
“Polo Vətənini tanıdır” devizləri altında keçirildi. 2 fevral
2024-cü ildə isə ölkəmizdə Beynəlxalq Çövkən Federasiyası təsis
edildi.