Advertisement

Zəngilanda 4 yerdə Su Elektrik stansiyaları tikilib (FOTO)

Zəngilan. Trend:

Medi nümayəndələri bir neçə gün əvvəl Prezidenti İlham açılışını
etdiyi “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Zəngilan” Su
Elektrik stansiyasında olublar.

Trend-in Qarabağ bürosu xəbər verir ki, AzərEnerji ASC-nin
mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev jurnalistlərə bildirib
ki, Zəngilan rayonunda 4 yerdə hər birinin gücü 10,5 meqavat
olmaqla ümumi gücü 42 meqavat olan Su Elektrik stansiyaları
tikilib. Bu su elektrik stansiyalarını su ilə təmin etmək üçün
dəniz səviyyəsindən 600 metr yüksəklikdə baş suqəbuledici qurğu
inşa edilib.

“Araz çayının sol qolu olan Oxçuçay üzərində inşa edilən
SES-ləri su ilə təmin etmək üçün dəniz səviyyəsindən 600 metr
yüksəklikdə baş suqəbuledici qurğu tikilib. Bu tək Elektrik
enerjisinin istehsalı üçün yox eyni zamanda ekologiya və kənd
təsərrüfatı üçün olduqca əhəmiyyətli hadisədir. Bilirsiniz ki,
Zəngilan rayonunun ərazisindən keçən Oxçuçay ermənilər tərəfindən
ən çox çirklənməyə məruz qalan çaydır. Baş suqəbuledicinin
tikilməsi ermənilər tərəfindən sənaye üsulunda çirkləndirilən çay
yatağının təmizlənməsinə, flora və faunanın dirçəlməsinə yardım
edəcək. Çünki suqəbuledicinin yaradılması çirkləndirici maddələrin
çökməsinə şərait yaratmaqla yanaşı, aşağı axın zonasına təmiz suyun
ötürülməsinə və çay ekosisteminin özünübərpasına zəmin
yaradır”.

Qurum rəsmisi onu da deyib ki, Zəngilan SES-də və digər su
elektrik stansiyalarında ekoturbinlər quraşdırılıb. “Bu turbinlər
çayda su azaldıqda özünü dayandırmaq qabiliyyətinə malıikdir. Eyni
zamanda daha sərfəli elektrik enerjisi istehsal etməyə qadirdir. 42
meqavat gücündə olan bu 4 elektrik stansiyasında istehsal olunan
enerji Zəngilan rayonun tələbatın ödədikdən sonra artıq qalan
enerji ölkənin enerji sisteminə ötrülür”.

T.Abdullayev onuda deyib ki, hazırda Kəlbəcər və Laçın
rayonlarında su elektrik stansiyalarının tikintisi başa çatmaq
üzrədir.