Bakı. Trend:
“Bayer”in yarımmüdafiəşisi Florian Virts Almaniya çempionatının
ən yaxşısı seçilib.
Trend İdman.biz-ə
istinadən xəbər verir ki, bu barədə Bundesliqanın rəsmi saytı
açıqlama yayıb.
Virts 2023/2024 mövsümündə ölkə çempionatında 32 oyunda meydana
çıxıb, 11 qol və 12 ötürmə ilə yadda qalıb. Gənc futbolçu qitənin
aparıcı klublarının diqqət mərkəzinə düşüb. Onun transfer qiyməti
110 milyon avro dəyərləndirilir.
Qeyd edək ki, “Bayer” tarixində ilk dəfə Almaniya çempionu olub.
Komanda mövsümü məğlub olmadan bitirib.





























