Bakı. Trend:
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti
bahalaşmaqda davam edib.
Trend xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti
ötən günlə müqayisədə 0,13 ABŞ dolları, yaxud 0,2% artaraq 84,95
ABŞ dolları təşkil edib.
Qeyd edək ki, ötən gün Azərbaycan nefti 84,82 dollara ticarət
edilmişdi.



























