Advertisement

PwC Azərbaycan “GSMA M360 Eurasia 2024” konfransına qatılıb

Bakı. Trend:

PwC Azərbaycan, Məsləhət Xidmətləri Departamentinin rəhbəri
Fərid Qattalın “Əlaqəli dünyanın təhlükəsizliyi” mövzusunda
sessiyaya moderatorluğu ilə “GSMA M360 Eurasia 2024” konfransında
iştirak edib. Bu sessiyanın əsas məruzəçiləri “Turkcell”-in
İnformasiya Təhlükəsizliyi üzrə Baş Direktoru, Dr. Emin İslam
Tatlı, “7Generation”-də İnformasiya Təhlükəsizliyi üzrə Tədqiqatçı,
Jassulan Jussupov və “Mediafon Datapro”-nun Satış üzrə Direktoru,
Krzysztof Ledychow olub.

Sessiyada süni intellekt, kvant hesablamaları və
virtuallaşdırılmış infrastrukturların təhlükəsizlik çağırışları və
imkanları mövzusunda müzakirələr aparılıb. Müzakirələr zamanı
inkişaf edən rəqəmsal ekosistemdə vahid kibertəhlükəsizlik
strategiyalarının vacibliyinə toxunulub.

Paneldə, həmçinin “Nokia”-nın Qlobal Kibertəhlükəsizlik
Satışları departamentinin rəhbəri Vikas Dahiya, “Mobicom
Korporasiyasının” Baş Direktoru Koji Kuruşima, “Unibank”-ın
İnformasiya Təhlükəsizliyi üzrə Baş Direktoru Murad Qurbanov və
“Prosol” şirkətinin İdarə Heyətinin sədri Babək Ağayev kimi sənaye
ekspertlərinin dəyərli fikirləri səsləndirilib. Ekspertlər
təhlükəsiz və davamlı rəqəmsal gələcəyin qurulmasında əməkdaşlığın
və innovasiyaların əhəmiyyətini vurğulayıb.

PwC Azərbaycan bu mühüm müzakirələrdə iştirak etməklə
kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsinə və müvafiq
sektorun maraqlı tərəfləri arasında əməkdaşlığın təşviqinə
sadiqliyini nümayiş etdirib. Məqsədimiz birlikdə daha təhlükəsiz və
davamlı rəqəmsal gələcək yaratmaqdır.