Bakı. Trend:
Məhsuldarlığın artırılması və bitkilərin qorunması qarşıda duran
əsas vəzifələrdən biridir.
Trend xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin
müavini Sarvan Cəfərov “Yaşıl dünya naminə” Bitki Sağlamlığı
forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, bitki mühafizəsi kompleks yanaşma tələb edən
sahədir.
“Nazirlik bu məqsədlə kompleks tədbirlər keçirilməsi üçüm öz
fəaliyyətini qurub. İnnovativ texnologiyalardan istifadəyə xüsusi
diqqət ayrılır. Zərərvericilərə qarşı vaxtında mübarizə aparmaq
ətraf mühitin qorunmasında mühim rol oynayır
Hesab edirəm ki, bu forum iqlim dəyişikliyi fonunda bitkilərin
qorunmasına öz töhfəsini verəcək”,- deyə o bildirib.



























