Advertisement

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə Özbəkistanla tekstil sahəsində əməkdaşlıq etməyi planlaşdırır – Mikayıl Cabbarov

Quba. Trend:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Özbəkistanla
tekstil sahəsində birgə fəaliyyət planlaşdırılır.

Trend xəbər
verir ki, bu barədə bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarov
Qubada keçirilən II Özbəkistan-Azərbaycan Regionlararası Forumunda
deyib.

Nazirin sözlərinə görə, başlanğıc mərhələdə 400-dən çox iş
yerinin açılması nəzərdə tutulur.

“İqtisadi əlaqələrimizin digər prioritet sahəsi olan investisiya
əməkdaşlığına gəlincə, ötən ilin əvvəlində 500 milyon ABŞ dolları
dəyərində nizamnamə kapitalı ilə yaradılmış Azərbaycan-Özbəkistan
İnvestisiya Şirkətini qeyd etmək istərdim”, – o deyib.

İqtisadiyyat naziri qeyd edib ki, Azərbaycan-Özbəkistan
İnvestisiya Şirkətinin fəaliyyət istiqamətləri qarşılıqlı
investisiyaları, ticarəti və bütünlükdə iqtisadi tərəfdaşlığı
stimullaşdırmaqla iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinin
nəzərdə tutur.

“Özbəkistanla tərəfdaşlığımız çoxtərəfli xarakter daşıyır və
iqtisadiyyatın ən müxtəlif sahələrini əhatə edir”, – deyə o əlavə
edib.

Nazir həmçinin, ölkələr arasında pambıqçılıq və ipəkçilik kimi
ənənəvi sahələrdə mühüm irəliləyişlərin müşahidə olunduğunu,
Azərbaycanın İmişli rayonunda birgə pambıq klasterinin yaradılması
üçün işlərin görüldüyünü bildirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun