
Quba. Trend:
Azərbaycan və Özbəkistan birgə kommersiya xarakterli onlayn
platforma yaratmağı planlaşdırır.
Trend xəbər
verir ki, bu barədə bu gün Özbəkistanın investisiyalar, sənaye və
ticarət naziri Ləziz Qüdrətov Qubada keçirilən II
Özbəkistan-Azərbaycan Regionlararası Forumunda deyib.
“Bu, iş adamlarının həm ticari sövdələşmələr aparmaq, həm də
birgə investisiya layihələrini başlatmaq nöqteyi-nəzərindən
bir-birini asanlıqla tapa biləcəyi kommersiya platforması olacaq”,
– o deyib.
Nazirin sözlərinə görə, Azərbaycan və Özbəkistan onlayn
platformanı işə salmaqla iki ölkənin sahibkarlarının düzgün
tərəfdaşlar tapmasına və yeni ticari-iqtisadi əməkdaşlıq
layihələrini başlatmasına imkan verəcək əlavə vasitə yarada
biləcəklər.
(Tərcümə: Rəna Əbdürəhmanova)



























