Advertisement

Özbəkistan Azərbaycanla əmtəə dövriyyəsini artırmağı planlaşdırır – Ləziz Qüdrətov

Quba. Trend:

Özbəkistan Azərbaycanla əmtəə dövriyyəsini artırmağı
planlaşdırır.

Trend xəbər
verir ki, bu barədə bu gün Özbəkistanın investisiyalar, sənaye və
ticarət naziri Ləziz Qüdrətov Qubada keçirilən II
Özbəkistan-Azərbaycan Regionlararası Forumunda deyib.

“Hazırda Azərbaycan və Özbəkistan arasında birgə layihələr
paketi fəal şəkildə inkişaf edir və bu layihələr əmtəə
dövriyyəsinin artmasına təsir göstərəcək. Bunlar tekstil,
ipəkçilik, kənd təsərrüfatı, məişət texnikası və tikinti
materiallarının istehsalı üzrə layihələrdir”, – o deyib.

Ləziz Qüdrətov Özbəkistanın hazırda Azərbaycandan həmçinin,
polimer məhsulları idxalını artırmağı planlaşdırdığını qeyd
edib.

“Azərbaycan ərazisi vasitəsilə yük axınında mühüm artım müşahidə
olunur və Özbəkistan Azərbaycan ərazisi vasitəsilə minimum 1 milyon
ton yük daşımağı hədəfləyir”, – o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun