Advertisement

İtaliyali məşqçi Klaudio Ranyeri futbolla vidalaşır

Bakı. Trend:

İtaliyanın “Kalyari” futbol klubu mövsümün sonunda Klaudio
Ranyeri ilə yollarını ayıracağını açıqlayıb.

Trend İdman.biz-ə
istinadən xəbər verir ki, 72 yaşlı mütəxəssis isə karyerasını
bitirəcəyini bildirib.

Klubun açıqlamasında Ranyeriyə təşəkkür edilib: “Kalyari” həmişə
sənin evin olacaq. Daima sənə təşəkkürük, Mister”. Təcrübəli məşqçi
1988-1991-ci illər və 2023-cü il yanvarın 1-də 2024-cü il mayın
sonunadək “Kalyari”yə başçılıq edib.

Qeyd edək ki, komanda Ranyerinin rəhbərliyi ilə ötən mövsümdə B
Seriyasında A Seriyasına yüksəlib. Hazırki mövsümdə “Kalyari” 36
xalla 16-ci pillədə qərarlaşıb. Sardiniya təmsilçisi son turda
“Fiorentina” ilə qarşılaşacaq.